Xəzər Xəbər

“Real Madrid” xəzinənin ağzını açdı SÜRPRİZ TRANSFER

İdman | 13:37 • 21 Noyabr 2017
“Real Madrid” xəzinənin ağzını açdı

"Real Madrid” klubu "Mançester Siti”nin hücumçusu Serxio Aquero üçün sərvət ödəməyə hazırlaşır.

Klub 29 yaşlı ulduz futbolçunun transferinə 67 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Alvaro Moratanın komandadan ayrılmasından sonra Zinəddin Zidanın əlində tək irəli mərkəz oyunçusu kimi Kərim Benzema qalıb. Baş məşqçi bununla kifaytələnməyərək S.Aqueronu təkidlə komandasında görmək istədiyini bildirib.

S.Aqueronun "Mançester Siti” ilə müqaviləsi 2019-cu ildə başa çatacaq.

Ulduz futbolçu bu mövsüm 12 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər lenti