Xəzər Xəbər

“Qalatasaray”a ŞOK

İdman | 14:54 • 20 Noyabr 2017
“Qalatasaray”a

Türkiyənin "Qalatasaray” futbol klubunun baş məşqçisi İqor Tüdor vəzifəsindən uzaqlaşdırılacaq.

Klubun prezidenti Dursun Özbərk "Başakşəhər” klubu ilə keçirilən uğursuz matçdan sonra baş məşqçiyə dəstəyini kəsib. O, İqor Tüdora mövsüm fasiləsinə qədər vaxt verib.

Klubun idarə heyəti isə təcrübəli məşqçi Fatih Terimi "Qalatasaray”a gətirmək niyyətindədir. Artıq prezident sarı-qırmızılı azarkeşlərin sevgisini qazanan baş məşqçinin qapısını döyməyə hazırlaşır.

"Qalatasaray” ilə İqor Tüdorun yollarının ayrılması durumunda xorvatiyalı məşqçiyə müqavilənin ləğv edilməsi üçün 400 min avro ödəniləcək./publika.az

Xəbər lenti