Xəzər Xəbər

Türkiyə 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

İdman | 09:50 • 20 Noyabr 2017
Türkiyə 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

Türkiyə 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi edə bilər. Bunun üçün qardaş ölkədə böyük imkanlar mövcuddur.


AZƏRTAC xəbər verir ki, Türkiyənin Sarıqamış, Qars, Ərzurum və Ərzincan şəhərlərinin yerləşdiyi bölgədə 2026-cı il Qış Olimpiya Oyunlarına namizədlik iddiası üçün hazırlıqla görülür. Bu şəhərlərin yerləşdiyi coğrafiyada Qış Olimpiya Oyunlarını təşkil etmək üçün geniş təbii şərait və böyük infrastruktur mövcuddur.


Prezident Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı aidiyyəti qurumlara tapşırıq verib. Rəsmi məlumatlarda bildirilir ki, Beynəlxalq Olimpiya Komitəsi 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunları başa çatandan sonra 2026-cı ilin Olimpiya Oyunlarına namizəd olan tərəflərin iddialarını dəyərləndirməyə başlayacaq.


Xatırladaq ki, 2022-ci ilin Qış Olimpiya Oyunları Pekində keçiriləcək.

Xəbər lenti