Xəzər Xəbər

""Qarabağ"la matç mövsümün ən vacib oyunudur – Konte

İdman | 13:15 • 19 Noyabr 2017
""Qarabağ"la matç mövsümün ən vacib oyunudur

"Qələbə qazanacağımız halda biz Çempionlar Liqasında 1/8 finala çıxacağıq. Ona görə də "Qarabağ”la matç indiki mərhələ üçün mövsümün ən vacib oyunu olacaq”.

Bunu "Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

"İndi bizim başqa problemimiz var. "Qarabağ”la oyundan sonra 5-6 saat yol qət edəcəyik və üçüncü günü səhər Londonda olacağıq. Şənbə günü isə "Liverpul”la qarşılaşacağıq. Mən bunu normal hesab etmirəm”, - deyə Konte bildirib.

Xəbər lenti