Xəzər Xəbər

“Barselona”nın ulduzu Türkiyə klubuna gedir

İdman | 16:20 • 17 Noyabr 2017
“Barselona”nın ulduzu Türkiyə klubuna gedir

Türkiyənin "Fənərbaxça” klubu "Barselona”nın müdafiəçisi Lukas Diqneni transfer etmək niyyətindədir.

Artıq "Fənərbaxça”nın maliyyə prezidenti Ali Yıldırım hazırki komandasında nadir hallarda meydançaya daxil olan sol cinah müdafiəçisinin meneceri Mikkel Bek ilə görüşüb və müzakirələr aparıb.

A.Yıldırım L.Diqneyə qaplarının açıq olduğunu bildirib. M.Bek isə futbolçunun "Barselona”dan ayrılmaq kimi bir niyyətinin olmadığını, klubun da hər mövqedə oynaya bilən bir futbolçunu asanlıqla buraxmayacağını ifadə edib.

Ancaq menecer bir ehtimal verərək "Diqne Dünya Çempionatına getmək istəyir. Bəlkə də davamlı oynamaq üçün klubdan ayrılmağı düşünə bilər” deyib. Buna görə də futbolçu ilə görüşüb, o da kluba dəqiq cavab verəcəyini deyib.

Qeyd edək ki, 20 dəfə milli komandanın formasını tərlədən Lukas Diqne keçən il "PSJ”dən "Barselona”ya 16,5 milyon avroya transfer edilib./publika.az

Xəbər lenti