Xəzər Xəbər

Kapitan Neymarı “Real”a istədi - Ronaldo klubdan ayrılacaq?

İdman | 14:12 • 17 Noyabr 2017
Kapitan Neymarı “Real”a istədi -

İspaniyanın "Real” klubunda bu mövsüm yaşanan uğursuzluqların səbəbi bəlli olub.

Komandanın ulduzu Kriştiano Ronaldo ilə kapitan Serxio Ramos arasında anlaşmazlıqların olduğu ortaya çıxıb.

Baş məşqçi Zinəddin Zidanın tələbələri La Liqada keçirdiyi 11 həftədən sonra "Barselona” klubundan 8 xal geridə qalınca, klubun iki böyük siması arasında gərginlik pik həddə çatıb.

Ronaldo bildirib ki, lider komandadan açıq fərqlə geridə qalmaqlarına klubdakı ən yaxşı oyunçuların transferi səbəb olub. Kapitan isə bunun əksinə çıxıb və komandaya gələn yeni futbolçuların daha yaxşı potensiala sahib olduğuna diqqət çəkib.

Ronaldonun hər fürsətdə adını çəkdiyi komanda yoldaşları Pepe, Morata və Ceymsin özəl həyatında da xüsusi yeri var. Buna görə də kapitan Ramosun Naço, Asensio, Dani Fernandeslə yaxınlığı Ronaldonun qısqanclığına səbəb olur.

Kapitanla hücumçunun arasında gərginliyin təzyiqi isə Ramosun "PSJ”li ulduz Neymarı "Real”da görmək istədiyini etiraf etdikdən sonra pik həddə çatıb.

K.Ronaldonun bu mübahisələrdən sonra "Real”dan ayrılacağına dair iddialar ortaya çıxmağa başlayıb.

Xəbər lenti