Xəzər Xəbər

"Atletiko"nun səhmlərinin 15 faizi satıldı RƏSMİ

İdman | 13:46 • 17 Noyabr 2017
"Atletiko"nun səhmlərinin 15 faizi satıldı

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Atletiko" səhmlərinin 15 faizi satıb.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Səhmləri "Quantum Pacific Group” şirkətinin sahibi israilli biznesmen İdan Ofer 50 milyon avro qarşılığında alıb.


Əldə olunan anlaşmaya görə, bu məbləğ "Atletiko”nun fonduna keçəcək və bütün digər hissədarlar bundan faydalana biləcəklər.

Xəbər lenti