Xəzər Xəbər

Arda Turanın qiyməti açıqlandı: 41 milyona almışdılar...

İdman | 13:43 • 17 Noyabr 2017
Arda Turanın qiyməti açıqlandı:

"Barselona"nın futbolçusu Arda Turanın satış qiyməti açıqlanıb. Bu barədə "El Mundo Deportivo" qəzetinin "Barselona" müxbiri Qabriel Sans açıqlama verib.


Jurnalist bildirib ki, "Barselona" Ardanı 10 milyon avroya satmağa hazırdı: "41 milyon avroya gələn Arda 10 milyon avroya gedə bilər. Dəqiq nə vaxt gedəcəyini demək çətindi. "Barselona" onu saxlamaq istəmir. Bu futbolçunun özünə də deyilib. Arda klubun onun xidmətində maraqlı olmadığını bilir. Hələlik real təklif yoxdu.


Qeyd edək ki, Ardanın meneceri Ahmet Bulut futbolçunun sərbəst qalma qiymətinin 40 milyon avro olduğunu açıqlamışdı.

Xəbər lenti