Xəzər Xəbər

Tanınmış futbolçu həbs olundu

İdman | 12:11 • 17 Noyabr 2017
Tanınmış futbolçu həbs olundu

Bir zamanlar Türkiyənin "Fənərbaxça” komandasında forma geyinən futbolçu Zəfər Biryol FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılıb.

Futbolçu İstanbul Ali Məhkəməsi Terror və Təşkilatı Cinayət Bürosunun apardığı anti-terror əməliyyatları çərçivəsində həbs edilib.

"Qol kralı” ləqəbli futbolçunun FETÖ üzvlərinin istifadə etdiyi "ByLock" proqramının da istifadəçisi olduğu təsbit edilib.

Qeyd edək ki, Zəfər Biryol kariyerası ərzində "Göztəpə”, "Konyaspor”, "Fənərbaxça”, "Çaykur Rizəspor”, "Bursaspor” və "Mərsin İdmanyurdu” komandalarında forma geyinib.

Xəbər lenti