Xəzər Xəbər

Dünya Çempionatına vəsiqə qazanan komanda zəlzələyə səbəb oldu

İdman | 12:08 • 17 Noyabr 2017
Dünya Çempionatına vəsiqə qazanan

Futbol üzrə Dünya Çempionatına qatılan Peru milli komandasının Yeni Zelandiyaya vurduğu qol əsnasında ölkənin öncədən zəlzələni xəbər verən sistemləri hərəkətə keçib.

Hadisəyə Peru azarkeşlərinin səbəb olduğu bildirilib.

Çili seysmoloji araşdırmalar mərkəzindən verilən məlumata görə, futbolçu Ceferson Farfanın vurduğu ilk qoldan dərhal sonra ölkədə zəlzələ baş verib. Kristian Gilermo Ramosun atdığı 2-ci qoldan sonra isə paytaxt Lima silkələnib.

Dünya mediası bu hadisəni "Peru xalqının duyğuları zəlzələ yaratdı” başlığı ilə yayımlayıb./publika.az

Xəbər lenti