Xəzər Xəbər

İtaliya millisində YARPAQ TÖKÜMÜ Ard-arda İSTEFALAR

İdman | 13:13 • 15 Noyabr 2017
İtaliya millisində YARPAQ TÖKÜMÜ

Əfsanəvi qapıçı Canluici Buffonun ardınca təcrübəli futbolçular Danile De Rossi və Andrea Bartsalyi də İtaliya millisində ayrıldığını açıqlayıb.

Buna səbəb komandanın DÇ-2018in pley-off mərhələsində İsveç yığmasına məğlubiyyəti olub.

İsveç ilə qarşılaşmadan sonra mediaya açıqlama verən 34 yaşlı De Rossi milli komanda mövzusunun onun üçün bağlandığını deyib:

"Bizim futbolumuz qaranlıq bir dövrdədir. Federasiyanın hazırda tək önəmli bir vəzifəsi var: belə bir xəyal qırıqlığından sonra yenidən hərəkətə keçmək. 180 dəqiqəlik performansımızın qarşılığı ələnmək olmamalı idi. Ancaq onları da təbrik edirik”.

A.Bartsalyi isə bu matçın həm karyerasına, həm də milli komandaya böyük zərbə vurduğunu bildirib.

Xəbər lenti