Xəzər Xəbər

Messidən böyük etiraf: “Utandım, deyə bilmədim”

İdman | 11:54 • 14 Noyabr 2017
Messidən böyük etiraf:

Keçən il Argentina Milli Komandasından ayrılan, lakin 2 ay sonra yenidən geri qayıdan Lionel Messi komandadan ayrılma səbəbini etiraf edib.

Futbolçu 2016-cı ilin iyun ayında özəl olaraq təşkil edilən "Cupa America Centenario”nun finalında Çili yığmasına qarşı oynayarkən penalti zərbəsini qaçırmışdı.

Messi məhz bu səbəbdən də milli komandadan ayrıldığını deyib:

"Milli komandadan ayrılmaq o anın həyəcanı ilə verilən bir qərar idi. Geri qayıtmaq istəyirdim, ancaq deməyə utanırdım. O dövrdəki baş məşqçimiz Edqardo Bauza və komanda yoldaşlarım mənim üçün hər şeyi asanlaşdırdı”.

O, milli komandaya qayıtdıqdan sonra hər şeyə fərqli baxdığını və komandaya verdiyi fayda haqqında edilən tənqidləri ciddiyə almadığını deyib./publika.az

Xəbər lenti