Xəzər Xəbər

"Real"ın Neymar planı

İdman | 13:02 • 13 Noyabr 2017
"Real"ın Neymar planı

"Real" PSJ-də xoşbəxt olmadığı iddia edilən Neymar üçün təklif göndərməyə hazırlaşır.

"Don Balon" xəbər verir ki, "kral klubu" braziliyalı futbolçu üçün Paris təmsilçisinə Qaret Beyllə Toni Kroosu verməyə hazırdır.

222 milyon avro qarşılığında yay transfer dönəmində "Barselona"dan PSJ-yə keçən Neymarın qiyməti 400 milyon avrodan çoxdur.

PSJ 25 yaşlı oyunçunu satmaq istəməsə də, Madrid klubu futbolçunun keçidində israrlıdır. Madridlilər Beyllə Kroosu təklif etməklə transferi ucuz qiymətə həll etmək istəyir.

Neymar bu mövsüm PSJ-nin heyətində 12 oyun keçirib. O, 11 qol vurub və 7 dəfə assist edib.

Xəbər lenti