Xəzər Xəbər

"Messi başqa planetdəndir, amma Neymarın zamanı yetişib"

İdman | 12:47 • 12 Noyabr 2017
"Messi başqa planetdəndir, amma Neymarın zamanı yetişib"

Braziliya millisinin sabiq qapıçısı Julio Sezar dünyanın ən yaxşı futbolçusu sualını cavablandırıb.


Xezerxeber.az goal.az-a istinadən xəbər verir ki, "Benfica"nın 38 yaşlı qolkiperi bunları deyib:


"Mənə görə, hazırda dünyanın ən yaxşı futbolçusu Neymardır. Messi? Mən bu dünya haqqında danışıram. Messi başqa planetdəndir. Amma hesab edirəm ki, artıq Neymarın zamanı yetişib. Futbol dünyası onun nə etdiklərini izləyir. Futbolla maraqlanmayan kəslər də Neymarla maraqlanır. Neymar meydandan kənardakı davranışına görə də seçilir. Ona böyük hörmətim var. Neymarla oynamaq mənə qismət olub. Bir dost kimi ona uğurlar, eləcə də "Qızıl top"u qazanmağı arzulayıram".


Julio Sezar 2004-14-cü illərdə Braziliya millisinin şərəfini qoruyub. O, "pentakampeonlar"ın heyətində 87 oyun keçirib.

Xəbər lenti