Xəzər Xəbər

Levandovski fırıldaqçıların tələsinə düşdü

İdman | 14:23 • 9 Noyabr 2017
Levandovski fırıldaqçıların tələsinə düşdü

Polşa millisinin və Almaniyanın "Bavariya” klubunun hücumçusu Robert Levandovski xeyriyyəçilyin qurbanı olub.

Bu barədə yerli "Bild” nəşri məlumat yayıb. Nəşrin məlumatına əsasən, fırıldaqçılar göz xərçəngindən əziyyət çəkən bir uşağın müalicəsi üçün internet vasitəsi ilə elan yayıblar. Onlar xəstənin ABŞ-da müalicəsinin mümkün olduğunu qeyd ediblər. Futbolçu ilə onun xanımı Anna Levandovska da xeyriyyə məqsədi ilə 23,5 min avro ödəyib. Lakin sonradan məlum olub ki, bütün bunlar fırıldaqçıların qurduğu oyun olub və Levandovski də aldanıb.

Fırıldaqçıların isə ölkədən qaça bildikləri bildirilir.

Xəbər lenti