Xəzər Xəbər

"Yuventus"dan Əmrə Can açıqlaması

İdman | 14:21 • 9 Noyabr 2017
"Yuventus"dan Əmrə Can açıqlaması

Mövsümün əvvəlində adı "Yuventus"la hallanan və qışda transferin reallaşacağı gözlənilən "Liverpul"un yarımmüdafiəçisi Əmrə Canla bağlı "qoca sinyora"nın idman direktoru Beppe Moratta açılama verib.

Klub rəsmisi açıqlamasında qışda heç bir oyunçunu transfer etməyəcəklərini açıqlayıb:

"Qışda heç bir oyunçunu transfer etməyəcəyik. Liqa və Çempionlar Liqası üçün heyətimiz kifayət qədər genişdir".

Əmrə Canın "Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Almaniya millisinin 23 yaşlı yarımmüdafiəçisi 2014-cü ildən "Liverpul"da çıxış edir.

Xəbər lenti