Xəzər Xəbər

DÇ-2018: Pley-off həyəcanı başlayır

İdman | 13:41 • 9 Noyabr 2017
DÇ-2018:

Bu gün Avropa zonasında 2018-ci il dünya çempionatının (DÇ) pley-off mərhələsinin ilk oyunları start götürəcək.

Seçmə qrupda ikinci yeri tutan 8 kollektiv - İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya 4 vəsiqə uğrunda mübarizə aparacaqlar.

Daha əvvəl ev sahibi Rusiya ilə yanaşı, Avropadan Fransa, Portuqaliya, Belçika, Almaniya, Serbiya, Polşa, İngiltərə, İslandiya və İspaniya dünya çempionatının final mərhələsinə yüksəlib.

Asiyadan İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanının, Afrikadan isə Nigeriya ilə Misirin dünya çempionatında iştirakı dəqiqləşib.

Həmçinin, Cənubi Amerikadan Braziliya, Uruqvay, Argentina, Kolumbiya, eləcə də Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən Meksika, Kosta-Rika, o cümlədən Panama mundiala vəsiqəni təmin edib. Honduras isə "pley-off”da Asiya zonasında çıxış edən Avstraliya ilə qarşılaşacaq.

Peru millisi "pley-off”da Okeaniya zonasını təmsil edən Yeni Zelandiya ilə qarşılaşacaq. Digər 3 vəsiqəyə isə Afrika zonasında qrup qalibi olacaq kollektivlər sahib çıxacaqlar.

Matçlar 3 günü əhatə edəcək.

DÇ-2018. Avropa zonası, pley-off mərhələsi, ilk oyunlar

9 noyabr

23:45. Şimali İrlandiya - İsveçrə

23:45. Xorvatiya - Yunanıstan

10 noyabr

23:45. İsveç – İtaliya

11 noyabr

23:45. Danimarka – İrlandiya

Xəbər lenti