Xəzər Xəbər

9 yaşlı uşaq iş görüşməsinə çağırıldı

İdman | 13:36 • 9 Noyabr 2017
9 yaşlı uşaq iş görüşməsinə çağırıldı

Ötən yay kifayət qədər transfer edən "Everton" Premyer Liqa və Avroliqada uğursuz çıxış edir. Oktyabrın 23-də baş məşqçi Ronald Kumanın istefası da Liverpul klubuna müsbət dəyişiklik gətirmədi. 


Xezerxeber.az goal.az-a istinadən xəbər verir ki, bu gedişi klubun 9 yaşlı azarkeşi Metyu dayandırmaq qərarına gəlib. O, "Everton"un prezidenti Bill Kernrayta məktub yazaraq müvəqqəti baş məşqçi olmaq istəyib. 9 yaşlı azarkeş klub bazasına dəvət olunub.


"Metyu gəldi və onunla söhbət etdik. 9 yaşlı uşağa görə yaxşı futbol bilgisi var. Komandanın məşqini izlədi və mənə 40-dan çox sual verdi. Məşqçi olmaq Matyu üçün çətin olar. Xüsusilə maliyyə baxımından... Çünki futbolçulara çox məvacib vermək istəyir. Deyəsən, köməkçisi kimi anasını seçib. Məncə, yaxşı seçimdir" - "mersisaydlılar"ın prezidenti Kernrayt deyib.

Xəbər lenti