Xəzər Xəbər

“Qarabağ”ın kapitanı “Beşiktaş”a gedir

İdman | 16:58 • 8 Noyabr 2017
“Qarabağ”ın kapitanı “Beşiktaş”a gedir

"Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Türkiyənin "Beşiktaş” klubuna gedəcək.

XəzərXəbər xəbər verir ki, kapitan "Beşiktaş” futbol klubunun əsas heyətinin məşq düşərgəsini ziyarət edəcək.

Daha sonra R.Sadıqov məşqçilik fəaliyyətilə bağlı keçirilən seminarlara qatılacaq. "Qarabağ” klubun mətbuatla əlaqələr üzrə nümayəndəsi Nurlan İbrahimov kapitanın səfərinin yaxın günlərdə baş tutacağını bildirib.

Qeyd edək ki, 36 yaşlı futbolçu bu il "Qarabağ”dan ayrılacaq və professional futbolçu kariyerasını bitirəcək.

R.Sadıqov hazırda "Qarabağ” klubunun U-19 komandasına baş məşqçilik edir.

Xəbər lenti