Xəzər Xəbər

“Qızıl ayaq” mükafatının sahibi bəlli olub

İdman | 09:03 • 8 Noyabr 2017
“Qızıl ayaq” mükafatının sahibi bəlli olub

"Portu”nun qapıçısı İker Kasilyas "Qızıl ayaq” mükafatına layiq görülüb.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən mükafat yaşı 28-i keçmiş uğurlu karyeraya malik futbolçulara verilir.

36 yaşlı qapıçı digər namizədlər – Kristiano Ronaldo, Lionel Messi, Tyaqo Silva, Andrea Pirlo, Manuel Noyer, Serxio Ramos, Aryen Robben, Luis Suarez və Yaya Tureni qabaqlayıb.

"Real”ın keçmiş qapıçısı mükafatını Monakoda təşkil olunmuş mərasimdə alıb. O, bu uğura sahib olan Andreas İnyestadan sonra ikinci ispan, Canluici Buffondan sonra isə ikinci qapıçı olub.

Xəbər lenti