Xəzər Xəbər

Çempionlar Liqasının ən sürətli futbolçuları Adlar

İdman | 15:14 • 7 Noyabr 2017
Çempionlar Liqasının ən sürətli futbolçuları

Çempionlar Liqasının arxada qalan 4 turunun ən sürətli futbolçuları açıqlanıb.

XəzərXəbər Apasport.az saytına istinadən xəbər verir ki, söhbət futbolçuların oyun ərzindəki ümumi sürətindən gedir.

Yəni 1 saat ərzində ən çox məsafə qət edənlərin adları bəlli olub. UEFA-nın rəsmi saytı ən azı 200 dəqiqə meydanda olan və ya 3 oyunda forma geyinənlərin göstəricilərini hesablayıb.

Turnirin rekordçusu Kristian Eriksendi. O, hər saata 8,43 km qət edib. Ümumiyyətlə isə 8 oyunçu saatda 8 km-dan artıq qaçmağa nail olub.

UEFA-nın açıqladığı "11-lik”də Azərbaycan çempionu "Qarabağ”ın üzvü yer almayıb. Düzdü, təmsilçimizin braziliyalı legioneri qət etdiyi ümumi məsafənin uzunluğuna görə Çempionlar Liqasında 7-cidi.

Amma 46 km 469 m məsafə qət edən Riçard 4 oyunda 360 dəqiqə oynayıb. Cənubi amerikalı saata 7,74 km qət edə bilib.

Onun belə orta sürəti UEFA-nın tərtib etdiyi 11 futbolçudan ibarət siyahıya düşmək üçüm yetərli olmayıb. Hərçənd siyahıda sürəti 8 km/s-dan aşağı olan üç oyunçu da yer ala bilib. Yarımmüdafiəçimizi "11-lik”dən 0,22 km/s ayırır.

Xəbər lenti