Xəzər Xəbər

Kleman Lanqle karyerasını “Barselona”da davam etdirə bilər

İdman | 14:30 • 7 Noyabr 2017
Kleman Lanqle karyerasını “Barselona”da davam etdirə bilər

"Sevilya” futbol klubunun müdafiəçisi Kleman Lanqle karyerasını "Barselona”da davam etdirə bilər.

Fransalı futbolçunun Kataloniya təmsilçisinə keçməsi klub rəhbərliyi üçün prioritet məsələdir. Belə ki, "Barselona” Kleman Lanqleni heyətinə cəlb etməklə müdafiə xəttini gücləndirmək niyyətindədir.

Futbolçunun transfer qiyməti 30 milyon avro təşkil edir.

Cari mövsüm İspaniya çempionatında 10 oyun keçirən futbolçu 1 qol vurub.

Xəbər lenti