Xəzər Xəbər

"Real Madrid" Ronaldoya əvəzedici tapdı

İdman | 13:59 • 7 Noyabr 2017
"Real Madrid" Ronaldoya əvəzedici tapdı

"Real Madrid" "Barselona"nın sabiq futbolçusu Neymarla maraqlanır.

Madrid klubunun prezidenti Florentino Perez braziliyalı forvardı 2013-cü ildə transfer etmək istəsə də, "sambaçı" katalon klubunu seçmişdi.

Perezin Neymarın atası və agenti Vaqner Ribeyro ilə görüşdüyü bildirilir. Kriştiano Ronaldo "Real"la 2021-ci ildə başa çatacaq müqaviləsini yeniləmək fikrində deyil. Ona görə klub rəhbərliyi onun əvəzedicisi kimi Neymarı PSG-dən heyətinə cəlb etmək planları qurur.

Paris klubu ötən yay 222 milyon avroya transfer etdiyi hücumçunu yaxın vaxtlarda satmayacağını aydın biruzə verib.

Neymarın PSG ilə müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub. Ulduz futbolçu bəzi nəşrlərin yazdığına əks olaraq ona maksimal rahatlıq yaradılan Parisdə özünü narahat hiss etmir.

Xəbər lenti