Xəzər Xəbər

Marselo yalnız Roberto Karlosdan geri qalır

İdman | 13:15 • 7 Noyabr 2017
Marselo yalnız Roberto Karlosdan geri qalır

İspaniya La Liqasının 11-ci turunda "Las Palmas"ı 3:0 hesabı ilə məğlub edən "Real" yenidən liderlə xal fərqini 8-ə endirib. Oyun Madrid klubunun braziliyalı müdafiəçisi Marselo üçün xüsusilə əlamətdar olub.

"Sambaçı" "Real" forması ilə La Liqada 300 oyun həddinə çatan 2-ci futbolçu olub. Bu baxımdan ilk yeri 370 oyunla Roberto Karlos tutur.

La Liqa tarixində ən çox oyun keçirən braziliyalı futbolçular:

1. Donato - 466

2. Dani Alveş - 422

3. Roberto Karlos - 370

4. Mauro Silva - 369

5. Filipe Luis - 311

6. Marselo - 300

Xəbər lenti