Xəzər Xəbər

Azərbaycan-Almaniya oyununu qazaxıstanlı hakimlər briqadası idarə edəcək

İdman | 12:48 • 7 Noyabr 2017
Azərbaycan-Almaniya oyununu qazaxıstanlı hakimlər briqadası idarə edəcək

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində noyabrın 9-da Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

Xezerxeber.az AFFA-ya istinadla xəbər verir ki, görüşün baş hakimi qazaxıstanlı Daniyar Saxi idarə edəcək. Ona həmyerliləri Alibek Aubakirov və Evgeni Belski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bulat Sariyev yerinə yetirəcək.

Matç "Dalğa Arena”da saat 18:00-da start götürəcək.

Xəbər lenti