Xəzər Xəbər

Bu, inanılmaz nəticədir - Şəhriyar Məmmədyarov

İdman | 09:18 • 7 Noyabr 2017
Bu, inanılmaz nəticədir -

Şahmat üzrə Avropa komanda çempionatı Olimpiadadan daha da çətindir. Çünki burda güclü kollektivlər tez-tez bir-biriləri ilə qarşılaşırlar.

Xezerxeber.az məlumat verir ki, bu fikirləri kişi şahmatçılardan ibarət millimizin heyətində Yunanıstanda Avropa komanda çempionatının qalibi olan Şəhriyar Məmmədyarov Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya müsahibəsində deyib.

Avropa çempionu vurğulayıb ki, bütün iddialı rəqiblərlə qarşılaşmalarda əzmkarlıq nümayiş etdirərək qalib gəldik. Qısa zaman ərzində üçüncü dəfə baş mükafata yiyələndik. Bu, inanılmaz nəticədir.

"İlk oyunda İtaliyaya uduzandan, üçüncü partiyada ispanlarla heç-heçə edəndən sonra hamı elə bilirdi ki, Azərbaycan mübarizədən kənarlaşıb. Amma ardıcıl 5 qələbədən sonra nəyə qadir olduğumuzu bir daha nümayiş etdirdik”, - deyə şahmatçı əlavə edib.

Xəbər lenti