Xəzər Xəbər

Formula 1 üçün ucuz bilet olmayacaq

İdman | 11:45 • 6 Noyabr 2017
Formula 1 üçün ucuz bilet olmayacaq

Bu il Formula 1 Azərbaycan Qran Prisi üçün Sabir və Sahil bağlarında satışa çıxarılmış ucuz biletlər gələn il satışa çıxarılmayacaq.

Trend-in məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bildirib ki, bu il Sabir və Sahil bağlarında satışa çıxarılan biletlərə maraq o qədər də çox olmadı: "Formula 1 rəhbərliyi də biletlərin bu qədər ucuz olmasına təəccübləndi, ancaq təəssüflər olsun ki, həmin ərazilərə maraq biz gözləyən qədər olmadı və həmin ərazilərə yatıran yatırım qarşılığını almadı. Ona görə də gələn il keçiriləcək Formula 1 üçün Sabir və Sahil bağlarında biletlər satışa çıxarılmayacaq”.

B.Özərdim əlavə edib ki, gələn il üçün 30 min bilet satışa çıxarılacaq. B.Özərdim bildirib ki, yarışdan gələn gəlirlərin artırılması istiqamətində işlər aparılır. Onun sözlərinə görə, bu məqsədlə VİP yerlər üçün biletlərin sayının artırılması nəzərdə tutulur.

Xəbər lenti