Xəzər Xəbər

Prosineçki danışıqlar aparacağı komandanın adını açıqladı

İdman | 12:57 • 5 Noyabr 2017
Prosineçki danışıqlar aparacağı komandanın adını açıqladı

Azərbaycan milllisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri müəyyənləşmək üzrədi.

Dekabr ayının əvvəlində AFFA ilə müqaviləsi başa çatacaq xorvatiyalı mütəxəssis Sloveniyada çalışacaq. Onun bu ölkənin milli komandasının "sükanı arxası”na keçəcəyi gözləniləndi.

48 yaşlı mütəxəssis məsələ ilə bağlı ölkəsinin mətbuatına da açıqlama verib: "Qızım Bakıda təhsil aldığı üçün hələlik Azəbaycandayam. Dekabr ayının 15-ə qədər bu ölkədə olacağıq. İndi Azərbaycan millisi ilə sənədləşmə işlərini yekunlaşdırmaq üzrəyik. Mən hazırda işsiz deyiləm (gülür)”.

Prsosineçki Sloveniya millisinin baş məşqçisi təyin olunacağı ilə bağlı suala belə cavab verib: "Bəli, doğrudu. Önümüzdəki həftə danışıqlara start verəcəyik. Daha sonra Sloveniya Futbol Federasiyasının prezidenti ilə görüşüm olacaq”.

Qeyd edək ki, xorvatiyalı mütəxəssis 2014-cü ildən millimizdə çalışırdı.

Xəbər lenti