Xəzər Xəbər

Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib

İdman | 09:05 • 24 Oktyabr 2017
Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib

FİFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırır.

Xezerxeber.az-ın məlumatına görə, "Palladium” teatrında keçirilən "The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olur.

Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. Ardınca isə ilin ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Madrid "Real”ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, Zidan ötən mövsüm "Real”la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.

Xəbər lenti