Xəzər Xəbər

Azərbaycan Premyer Liqasının IX turunda iki rekord qeydə alınıb

İdman | 16:02 • 23 Oktyabr 2017
Azərbaycan Premyer Liqasının IX turunda iki rekord qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turu iki rekordla əlamətdar olub.

Xezerxeber.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, hər iki göstərici tamaşaçı sayında gerçəkləşib.

Səkkiz min azarkeş toplayan "Kəpəz”–"Neftçi” görüşü 2017-2018-ci il mövsümünün ən çox tamaşaçı toplayan oyunu olub. Qonaqların 1:0 hesabı ilə qalib gəldiyi Gəncədəki matç "Neftçi”–"Qarabağ” qarşılaşmasını arxada qoyub. Belə ki, VIII turun ən çox izləyici yığan matçı mövsümün açılış oyunu idi. "Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə bitən qarşılaşmanı 4800 tamaşaçı izləmişdi.

Ümumiyyətlə, IX tur ən çox azarkeş toplaması ilə də diqqət çəkib. Turun görüşlərini 12 min 550 tamaşaçı izləyib. Bu da mövsümün rekordudur. Bunadək rekord III tura aid idi – 8100 tamaşaçı.

Xəbər lenti

Çox oxunanlar