Xəzər Xəbər

“Qəbələ” “Qarabağ”ı minimal hesabla məğlub edib

İdman | 09:39 • 23 Oktyabr 2017
“Qəbələ” “Qarabağ”ı minimal hesabla məğlub edib

Azərbaycan Premyer Liqasının IX turunun son qarşılaşmasında "Qəbələ” doğma meydanda "Qarabağ”ı qəbul edib.

Xezerxeber.az məlumat verir ki, Qəbələ Şəhər Stadionunda baş hakim Ömər Paşayevin idarə etdiyi matçın səkkizinci dəqiqəsində Asif Məmmədovun qolu ilə hesabı meydan sahibləri açıb. Oyunun ilk hissəsi bu hesablada başa çatıb.

İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçsə də hesab dəyişməyib.

Bu oyundan sonra "Qarabağ" və "Qəbələ" komandalarının hər birinin 19 xalı var.

Turnir cədvəlinə isə "Qarabağ" başçılıq edir. "Qəbələ" isə bu oyunda aktivinə üç xal əlavə edərək ikinci pilləyə yüksəlib. Üçüncü yerdə 18 xalla "Zirə" qərarlaşıb.

Turnir cədvəlində digər pillələrdə müvafiq olaraq "Sumqayıt" (13), "Neftçi" (10), "Səbail" (9), "İnter" (8) və "Kəpəz"(4) yer alıb.

Xəbər lenti