Xəzər Xəbər

Rabah Macer yenidən Əlcəzair yığmasına baş məşqçi təyin olunub

İdman | 12:48 • 21 Oktyabr 2017
Rabah Macer yenidən Əlcəzair yığmasına baş məşqçi təyin olunub

Rabah Macer futbol üzrə Əlcəzair yığmasına baş məşqçi təyin olunub.

59 yaşlı mütəxəssis milli komandanı üçüncü dəfədir çalışdırır. Belə ki, Rabah Macer 1993-cü ildən 1995-ci ilədək və 2001-ci ildən 2002-ci ilədək Əlcəzair millisinin baş məşqçisi olub.

Qeyd edək ki, Macer bu vəzifədə ispaniyalı Lukas Alkarası əvəzləyib. Əlcəzair millisi dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün ispaniyalı baş məşqçi komandadan uzaqlaşdırılıb.

Xəbər lenti