Xəzər Xəbər

Futbolçunun evini soydular

İdman | 16:14 • 20 Oktyabr 2017
Futbolçunun evini soydular

Yunanıstanın "Olimpiakos” futbol klubunun üzvü Emenike soyğunçuların hücumuna məruz qalıb.

"Olimpiakos” dünən gecə Çempionlar Liqası qrup mərhələsi çərçivəsində "Barselona”nın qonağı olub. Matçın heyətində yer almayan Emenike Kataloniyaya getməyib. Axşam gəzməyə çıxan futbolçuya matçdan sonra ikinci zərbə soyğunçulardan gəlib.

Kimliyi hələ də məlum olmayan soyğunçular futbolçunu uzun müddət izləyib və evdən çıxandan dərhal sonra balkondan girərək evdə olan bütün pul və zinət əşyalarını götürüblər. Futbolçu yalnız evə qayıtdıqdan sonra hadisədən xəbərdar olub və dərhal polisə xəbər verib.

Xəbər lenti