Xəzər Xəbər

Derbi öncəsi “Fənərbaxça”ya BƏD XƏBƏR

İdman | 12:00 • 20 Oktyabr 2017
Derbi öncəsi “Fənərbaxça”ya

Türkiyənin "Fənərbaxça” futbol klubunun keçmiş baş məşqçisi Nuri Yönver evində ölü halda tapılıb.

Bədənində hər hansı bir yara və təcavüz izi tapılmayan N.Yönverin yıxılaraq dünyasını dəyişdiyi ehtimal edilir.

Baş məşqçinin cəsədini yaşadığı binanın nəzarətçisi tapıb. O, dərhal xilasedici və təcilli tibbi yardım çağırsa da, onu həyata qaytarmaq mümkün omayıb.

Qeyd edək ki, həftəsonu "Fənərbaxça” Türkiyə Super Liqası çərçivəsində "Qalatasaray"la çox vacib oyuna çıxacaq./publika.az

Xəbər lenti