Xəzər Xəbər

Benzemanın agentindən transfer açıqlaması

İdman | 11:42 • 20 Oktyabr 2017
Benzemanın agentindən transfer açıqlaması

"Real" Kərim Benzema ilə yeni müqavilə imzalasa da, fransalı forvardın komandadan ayrıla biləcəyi iddiaları gəzir. "Kral klubu"nun Benzemanı "Tottenhem"in hücumçusu Harri Keynin transferində istifadə edəcəyi xəbərləri yayılmışdı.

"Sky Sports"a danışan ulduz futbolçunun agenti Kərim Cəziri bu məlumatları təkzib edib və Benzemanın gələcəyinin "Real"a aid olduğunu bildirib:

"Kərim "Real"da çox xoşbəxtdir. Ötən ay yeni müqavilə bağlayıb və klubdan ayrılmaq niyyəti yoxdur. Onun gələcəyi "Real"a aiddir".

Qeyd edək ki, 29 yaşlı futbolçu 2009-cu ildən Madrid klubunda çıxış edir.

Xəbər lenti