Xəzər Xəbər

Xanım biznesmen "Nyukasl"ı almaq istəyir: 300 milyona

İdman | 16:22 • 19 Oktyabr 2017
Xanım biznesmen "Nyukasl"ı almaq istəyir:

İngiltərənin "Nyukasl" klubusatışa çıxarılıb.

Artıq "sağsağanlar"ı satın almaq istəyən bir neçə biznesmen var. Onlardan biri Amanda Stivlidir. Futbol fanatı olan ingilis xanım biznesmen klub üçün tələb edilən 300 milyon funt sterlinqi qeyri şərtsiz ödəməyə hazırdı. Artıq Amandanın təklif paketi "Nyukasl"ın idarə heyətinə təqdim edilib.

Qeyd edək ki, xanım biznesmen əvvəlki illərdə "Liverpul" klubunu da almağa çalışıb. Amma onun cəhdləri uğursuz olub.

Xəbər lenti