Xəzər Xəbər

"Real" 200 milyonluq transferə hazırlaşır

İdman | 15:50 • 18 Oktyabr 2017
"Real" 200 milyonluq transferə hazırlaşır

"Real"ın dünən Çempionlar Liqasında "Tottenhem"lə keçirdiyi oyundan əvvəl baş tutan mətbuat konfransında əsas müzakirə mövzusu Harri Keyn olub. Uzun müddətdi "Kral Klubu"nun maraq dairəsində olan ingilis ulduzla bağlı Zinəddin Zidan ağız dolusu danışıb.


Jurnalistlərin bu futbolçunu transfer edilib-edilməcəyi ilə bağlı sualını cavablandıran "Real"ın baş məşqçisi "Məndən Harri Keynin gələcəyini yox, bu günkü vəziyyətini soruşun. O, çox önəmli bir futbolçudu. Sürəti ilə böyük məsafə qət edir. İnkişafı məni təəccübləndirdi, amma hələ karyerasının zirvəsində deyil" deyib.


Zidanın bu sözlərindən sonra İngiltərə mətbuatı yeni xəbərlər yayıb. Həmkarlarımız iddia edir ki, "Real" Harri Keyn üçün "Tottenhem"ə təklif etdiyi məbləği 200 milyon avroya (Bugünki məzənnə ilə 400 milyon 56 min manat) qaldıracaq./Fanat.Az

Xəbər lenti