Xəzər Xəbər

"Marca" "Qarabağ" - "Atletiko" matçı üçün təxmini heyətləri açıqladı

İdman | 13:42 • 18 Oktyabr 2017
"Marca" "Qarabağ" - "Atletiko" matçı üçün

İspaniyanın "Marca” nəşri Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək "Qarabağ” - "Atletiko” matçının təxmini start heyətlərini yazıb.

"Marca”nın versiyasına görə, kapitan Rəşad Sadıqov bu gün "hindular”la matçda iştirak etməyəcək.

Həmçinin, "Atletiko”nun əsas hücuçmusu Antuan Qrizmannın da qripə yoluxma səbəbindən ehtiyatda qalacağı ehtimal olunur.

"Qarabağ” - "Atletiko” görüşü bu gün saat 20.00-da başlayacaq və Bakı Olimpiya stadionunda keçiriləcək.

Xəbər lenti