Xəzər Xəbər

Olimpiya stadionunda "Qarabağ"ın atributları satılacaq

İdman | 13:35 • 18 Oktyabr 2017
Olimpiya stadionunda "Qarabağ"ın atributları satılacaq

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Atletiko" ilə oyun zamanı forma və atributların satışını təşkil edəcək.

XəzərXəbər klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu məqsədlə bu gün görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionunun (BOS) girişində və daxilində ümumilikdə klubun fan-şopunun 7 satış məntəqəsi azarkeşlərin xidmətində olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlayacaq.

Xəbər lenti