Çempionlar Liqasında ilk 3 matçda qalib gələrək Türkiyə futbolunda tarix yazan "Beşiktaş” qazandığı məbləğlə də rekord qırıb.
"Qara qartallar” növbəti matçda da qalib gələrsə, G qrupundan lider çıxmaqla yanaşı, 43 milyon avro əldə edəcək.
"Beşiktaş” qrup mərhələsində qalan digər 3 matçda da qalib gələrsə, gəliri 45,7 milyona qalxacaq.
ÇL-də sürətlə və uğurlu şəkildə irəliləyən klub transfer məsələsində işlərini davam etdirir. Son olaraq Domaqoj Vida ilə razılığa gələn komanda indi də ABŞ-ın "Orlando City” komandasının 22 yaşlı ulduzu Sili Larinə göz dikib.
Hər iki tərəf arasında qarşılıqlı razılaşma əldə edilərsə, S.Larin "Beşiktaş”a ödənişsiz olaraq qatılacaq. Xüsusilə, bitirici vuruşlarla diqqət çəkən futbolçunun dəyəri 5 milyon avrodur.