Xəzər Xəbər

"Atletiko"nun "vuran ayağı" Bakıda məşqə çıxmadı

İdman | 12:29 • 18 Oktyabr 2017
"Atletiko"nun "vuran ayağı" Bakıda məşqə çıxmadı

İspaniyanın "Atletiko” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ”a qarşı keçirəcəyi səfər oyunu öncəsi son məşqinə çıxıb.

Madrid təmsilçisi matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda məşq edib. Dieqo Simeonenin rəhbərliyi altında baş tutan son hazırlıq prosesində komandanın aparıcı futbolçusu Antuan Qrizmann iştirak etməyib. Fransalı futbolçu başı ağrıdığına görə, oteldə qalıb. Onun sabahkı oyunda iştirakı sual altındadı.

"Qarabağ” – "Atletiko” matçı sabah saat 20:00-da start götürəcək.

Xəbər lenti