Xəzər Xəbər

"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu

İdman | 11:28 • 18 Oktyabr 2017
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu

Türkiyə Super Liqasında mübarizə aparan"Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyələşib.

Ərsun Yanalın gedişindən sonra "bordo-mavililər"i yerli mütəxəssis Rza Çalımbay çalışdıracaq. Bu barədə "beİN Sports" məlumat yayıb.Çalımbay bu gün Trabzona yollanacaq və rəsmi müqaviləyə imza atdıqdan sonra komandanı ilk məşqə çıxaracaq.

Qeyd edək ki, millimizin baş məşqçisi Robert Prosineçkinin adı "Trabzonspor"la hallanırdı.

Qeyd edək ki, Çalımbay bu mövsüm "Antalyaspor”dan qovulmuşdu.

Xəbər lenti