Xəzər Xəbər

DÇ-2018: Pley-off mərhələsinin püşkü atıldı

İdman | 17:25 • 17 Oktyabr 2017
DÇ-2018:

DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Seçmə mərhələdə qrup ikincisi olan 8 komanda 4 cütə bölünüb.

FIFA reytinqində daha yüksək göstəricisi olan İsveçrə, İtaliya, Xorvatiya və Danimarka milliləri səpələnmişlər sırasında yer alıb. Şimali İrlandiya, İsveç, İrlandiya və Yunanıstan isə səpələnməmişlər olub.

Püşk aşağıdakı milliləri üz-üzə qoyub:
Şimali İrlandiya - İsveçrə
Xorvatiya - Yunanıstan
Danimarka - İrlandiya
İsveç - İtaliya

Qeyd edək ki, pley-offun ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları 12-14-də keçiriləcək.

Xəbər lenti