Xəzər Xəbər

Ronaldo Avropada ikinci oldu FORBES

İdman | 17:07 • 17 Oktyabr 2017
Ronaldo Avropada ikinci oldu

İspaniyanın "Real" futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Avropada ən yüksək maaşlı məşhurlar siyahısında ikinci yeri tutdu.

Forbes öz reytinq cədvəlini saytında dərc edib.

Nəşrin məlumatına görə, ötən 1 il ərzində portuqal futbolçu 93 milyon dollar qazanıb. Son 1 ili çıxsaq planetin ən yüksək maaşlı idmançısı məhz Ronaldo idi.

Siyahıda həmçinin İsveçrə tennisçisi Rocer Federer də var. O, 64 milyon dollarla beşinci yerdə qərarlaşıb./publika.az

Xəbər lenti