Xəzər Xəbər

`Qarabağ` `Atletiko` ilə oyuna ciddi itki ilə çıxa bilər

İdman | 14:12 • 17 Oktyabr 2017
`Qarabağ` `Atletiko` ilə oyuna ciddi itki ilə çıxa bilər

"Qarabağ" komandası İspaniya "Atletiko"su ilə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçına ciddi itki ilə çıxa bilər. Bu barədə mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

45 yaşlı mütəxəssis bildirib ki, Bakı "İnter"i ilə Azərbaycan Premyer Liqasının VIII tur qarşılaşmasında zədələnərək, meydanı tərk etmiş Dino Ndlovu ötən gün məşqi də yarımçıq qoyub. Qurbanov cənubi afrikalı hücumçunun ağrılarının olduğunu söyləyib: "Dünən məşqi yarımçıq qoydu. Ağrılar hiss etdi. Hələ bilinmir oyanayacaq, ya yox".

Qeyd edək ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlayacaq.

Xəbər lenti