Xəzər Xəbər

DÇ-2018: Pley-off mərhələsində cütlüklər məlum olur

İdman | 13:27 • 17 Oktyabr 2017
DÇ-2018:

Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq.

Seçmə mərhələdə qrup ikincisi olan 8 yığma 4 vəsiqə uğrunda mübarizədəki son rəqibini tanıyacaq.

4 cüt təşkil edəcək komandalar püşk ərəfəsində iki səbətə bölünüb. FİFA reytinqində daha yüksək pillələrdə olan İsveçrə (11-ci), İtaliya (15-ci), Xorvatiya (18-ci) və Danimarka (19-cu) milliləri səpələnmişlər sırasında yer alıblar. Bu yığmalar Şimali İrlandiya (23-cü), İsveç (25-ci), İrlandiya (26-cı) və Yunanıstan (47-ci) komandalarından biri ilə görüşəcək.

İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xəbər lenti