Xəzər Xəbər

ÇSKA-“Bazel” oyunu Məmmədova tapşırıldı

İdman | 10:39 • 17 Oktyabr 2017
ÇSKA-“Bazel” oyunu Məmmədova tapşırıldı

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Rusiya) – "Bazel” (İsveçrə) oyununa təyinat alıb.

XəzərXəbər AFFA-ya istinadla xəbər verir ki, Elçin Məmmədov matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

ÇSKA-"Bazel” oyunu oktyabrın 18-də Moskvadakı "ÇSKA Arena”da keçiriləcək.

Xəbər lenti