Xəzər Xəbər

Kaka göz yaşları içində kariyerasını bitirdi

İdman | 18:29 • 16 Oktyabr 2017
Kaka göz yaşları içində kariyerasını bitirdi

Amerika Birinci Futbol Liqası (MLS) komandası olan "Orlando City”də oynayan braziliyalı ulduz Kaka Kolumbiya ilə keçirilən matçda son dəfə forma geyinib.

Təcrübəli futbolçu 1-0 hesabı ilə məğlub olduqları oyun öncəsi göz yaşlarına hakim ola bilməyib.

3 ildir formasını geyindiyi "Orlando City” ilə müqaviləsini təzələməyəcəyini deyən 35 yaşlı futbolçu matçdan sonra açıqlama verib:

"Mənim üçün duyğu yüklü bir gün idi. Gün boyunca burada keçirdiyim 3 il içində bu şəhər və klubda yaşadıqlarımı xatırlamışam”.

Kaka kariyerası ərzində ölkəsində "Sao Paulo”, İtaliyada "Milan”, İspaniyada "Real Madrid” klublarında top qovub. O, 2014-cü ildə qurulan "Orlando City” klubunda 77 matçda 25 qol vurub.

Xəbər lenti