Xəzər Xəbər

Morata məşqlərə başladı

İdman | 17:40 • 16 Oktyabr 2017
Morata məşqlərə başladı

"Çelsi"nin futbolçusu Alvaro Morata zədəsini sağaldıb.

İspan hücumçu komanda ilə ümumi məşqlərə başlayıb. O, baş məşqçi Antonio Konte şans verəcəyi təqdirdə, Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Roma"ya qarşı matçda oynaya biləcək.

Qeyd edək ki, 25 yaşlı forvard Premyer Liqada "Mançester Siti" ilə oyunda (0:1) zədələnmişdi.

Xəbər lenti