Xəzər Xəbər

Mourinyo etiraf etdi: “Real"da xoşbəxt deyildim, “Barselona” isə...

İdman | 17:30 • 16 Oktyabr 2017
Mourinyo etiraf etdi:

"Mançester Yunayted” klubunun baş məşqçisi Jose Mourinyo "Barselona” klubu ilə bağlı fikirlərini bölüşüb.

Baş məşqçi "bir gün kariyeram ərzində niyə o klubla işləmədiyimi açıqlayacam” deyib.

Portuqaliyalı mütəxəssis 2008-ci ildə "Barselona”da tərcüməçilik etdiyi zamanlardan söz açıb. Həmin komandaya niyə başçılıq etmədiyini isə illər sonra açıqlayacağını deyib:

"Bəlkə bir gün gerçəyi açıqlayacam. Gizli saxlamaq istədiyim şeylər var. Gerçəkləri isə lap qocaldığım zamanlarda danışacam”.

J.Mourinyo "Real Madrid” klubundakı son günləri ilə bağlı da etiraflar edib:

"Orada keçirdiyim son ilimdə xoşbəxt deyildim. Çünki qızım Londonda universitetə daxil olmuşdu. Mənim üçün ən doğru olan ailəmin yanında olmağım idi. Bir gerçək də var ki, "Real”da olduğum 3-cü ilimdə artıq xoşbəxt deyildim. Ən yaxşı nəticələrimi isə xoşbəxt olduğum zamanlarda əldə etdim”.

54 yaşlı məşqçi kariyerasına "Mançester Yunayted”də son verməyəcəyinə əmin olduğunu da qeyd edib.

Xəbər lenti